0
Wednesday 28 April 2021 - 10:15

Fars Körfəzində ABŞ və İran gəmiləri arasında gərgin anlar yaşanıb

Story Code : 929651
Fars Körfəzində ABŞ və İran gəmiləri arasında gərgin anlar yaşanıb
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ayın 26-da Sepah-a məxsus üç sürətli hərbi qayıq ABŞ Ordusunun donanmasının digər gəmilərini müşayiət edən “Ferebolt” hərbi gəmisinə həddən artıq yaxınlaşıb və manevralar həyata keçirilblər.

Əlavə edilib ki, qayıqların uzaqlaşması və təhlükəsizlik məsafəsini qoruması üçün xəbərdarlıq atəşi açılıb.

Pentaqon cari ayın əvvəlində də oxşar hadisənin baş verdiyini bildirmişdi.