QR CodeQR Code

Əfqanıstanda 130-dan çox talibançı öldürüldü

28 Apr 2021 09:45

İslamTimes: “Taliban” hələ məlumatı şərh etməyib


Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 135 döyüşçüsü öldürülüb.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, ümumilikdə 135 talibançı öldürülüb, 92-si yaralanıb.

Təhlükəsizlik qüvvələri, həmçinin yolun kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ məlumatı şərh etməyib.


Story Code: 929655

News Link :
https://www.islamtimes.org/az/news/929655/əfqanıstanda-130-dan-çox-talibançı-öldürüldü

Islam Times
  https://www.islamtimes.org