QR CodeQR Code

Səudiyyə etiraf etdi: İran və Amerika ilə əlaqələrimiz...

28 Apr 2021 11:37

İslamTimes: Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi ölkəsinin İranla normal və yaxşı əlaqələr qurmağa hazır olduğunu, Bayden hökuməti ilə isə 90 faiz fikir ayrılıqları olduğunu bildirib.


Teleqraf.com xəbər verir ki, bu barədə şahzadə ölkəsinin dövlət kanalına müsahibəsində bildirib.

Şahzadə deyib ki, İran qonşu dövlətdir və biz onunla yaxşı münasibətlər qurmaq arzusundayıq.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı İranla qarşılıqlı maraqlara sahib olmasını istəyir.

Şahzadə İran tərəfindən dəstəklənən Yəmənin Müqavimət Hərəkatı olan Husilərə işarə edərək bildirib ki, ölkəsinin sərhədlərində belə silahlı qrupların mövcudluğunu qəbul etməyəcəklər:

“Husilərlə Yəməndə bölgə ölkələrinin maraqlarını gözləyən və hər kəsin haqlarını təmin edəcək həllə çatmaq üçün bütün söz sahibi tərəflərin masada oturmasını təmənna edirik”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İranla münasibətləri qaydaya salmaq istəkləri əslində Vaşinqtonda Bayden administrasiyasının hakimiyyətə gəlməsi ilə bağlıdır.

Bunu Şahzadə Məhəmməd bin Salman da etiraf edir: “Səudiyyə ilə ABŞ-ın indiki hakimiyyəti arasında 90 faiz fikir ayrılığı var. Bu anlaşımazlıq faizi arta da, azala da bilər”.


Story Code: 929662

News Link :
https://www.islamtimes.org/az/news/929662/səudiyyə-etiraf-etdi-iran-və-amerika-ilə-əlaqələrimiz

Islam Times
  https://www.islamtimes.org