QR CodeQR Code

ABŞ hərəkətə keçdi: Türk dronlarına qarşı... - Kritik gəlişmə

28 Apr 2021 15:44

İslamTimes: Türkiyənin istehsal etdiyi Pilotsuz Uçuş Aparatlarının (PUA) ABŞ radarları tərəfindən təyin edilməsi faktı ortaya çıxıb.


Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın hərbi müdafiə saytı olan “Defense News”də çıxan məqalədə bildirilib.

Sayt qeyd edib ki, ABŞ Avropalı müttəfiqlərini PUA-larla mbarizə mövzusunda təşviq edir.

Məqalədə Qarabağda baş verən müharibədə Qərb güclərinin lazımi dərslər aldığı da bildirilir.

İlk dron müharibəsi adı verilən Qarabağ savaşında Türk PUA-larının müvəffəqiyyəti ilə bağlı ABŞ-ın Avropadakı müttəfiqlərinə dronlara qarşı müqavimət imkanlarının artırılmasını üçün tövsiyələr etdiyi bildirilib.

Hazırlanan hesabatda ABŞ-ın Qara dəniz sahilində olan ölkələri PUA-larla mübarizəyə diqqət vermələri üçün dəstəklənməsi lazım olduğu ifadə edilib.


Story Code: 929690

News Link :
https://www.islamtimes.org/az/news/929690/abş-hərəkətə-keçdi-türk-dronlarına-qarşı-kritik-gəlişmə

Islam Times
  https://www.islamtimes.org