0
Wednesday 28 April 2021 - 17:10

Yəmən ordusu Səudiyyə koalisiyasının Maribdəki ikinci müdafiə xəttini yardı

Story Code : 929700
Yəmən ordusu Səudiyyə koalisiyasının Maribdəki ikinci müdafiə xəttini yardı
KİV bu gün Yəmən ordusu və xalq komitələrinin Marib şəhərinə doğru irəliləməsindən sonra Səudiyyə koalisiyasına bağlı qüvvələr şəhərin ətrafında yeni müdafiə xətləri yaratmağa məcbur olub.

Əl-Əxbar qəzeti bu hadisə ilə bağlı yazıb: "Təxminən iki həftə əvvəl koalisiya qüvvələrinin ilk müdafiə xəttinin yarılmasından sonra, Yəmənin devrilmiş prezidenti Mənsur Hadiyə sadiq qüvvələr, şəhərin ətrafında yeni bir müdafiə xətti yaratmağa başlayıb.

Son məlumatlara görə, Yəmən Müqavimət Hərəkatı hətta yeni yaradılmış müdafiə xətlərini belə bir neçə hissədən yarmağa müvəffəq olub. Bu səbəbdən BƏƏ və Səudiyyə Ərəbistanı daha bir müdafiə xətti hazırlanmasında Mənsur Hadi qüvvələrinə yardıma başlayıb.