QR CodeQR Code

Rai-Alyoum: Ərdoğanın dostluq qatarı Dəməşqə üz tuta bilər

إسلام تايمز , 28 Apr 2021 23:04

İslamTimes: "Ərdoğanın dostluq qatarının növbəti dayanacağı Dəməşq ola bilər"


Rai-Alyoum qəzetinin baş redaktoru Abdul Bari Ətvan Türkiyə prezidentinin qonşu dövlətlərə qarşı davranışının gözəçarpacaq həddə dəyişməsindən bəhs edib.

Abdul Bari Ətvan yazıb:
"Türkiyə uzun illər Misir prezidenti Sisinin Türkiyənin dəstəklədiyi İsxvanul-Musliminə, devrilmiş prezident Məhəmməd Mursiyə qarşı davranışlarına görə bu ölkə ilə ciddi ixtilaflar yaşayıb. Liviyadakı gərginliklərdən sonra Misir-Türkiyə münasibətləri ən pis səviyyəyə tənəzzül edib. Eyni zamanda Səudiyyə Ərəbistanı ilə də Türkiyənin münasibətləri ürəkaçan olmayıb. Camal Qaşıqçının Türkiyədə qətlə yetirilməsindən sonra gərginlik bir qədər pisləşib. Səudiyyə Ərəbistanı hətta Türkiyə istehsalı olan məhsullara qadağa belə tətbiq edib. Amma bu gün cənab Ərdoğan 10 illik siyasətini dəyişdirərək, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynlə münasibətləri bərpa etməyə çalışır. Fikrimcə Ərdoğanın dostluq qatarının növbəti dayanacağı Dəməşq ola bilər. Ərdoğan qonşu dövlətlərlə konflikt içində yaşamağın onun güclü hakimiyyət qurmağına mane olduğunu anlayıb..."


Story Code: 929744

News Link :
https://www.islamtimes.org/az/news/929744/rai-alyoum-ərdoğanın-dostluq-qatarı-dəməşqə-üz-tuta-bilər

Islam Times
  https://www.islamtimes.org