QR CodeQR Code

Sionist rejimin kəşfiyyat dronu Qəzza zolağında süqut etdi

إسلام تايمز , 28 Apr 2021 23:27

İslamTimes: Sionist rejim PUA-sının Qəzza zolağının şimalında süqut etdiyini etiraf etdi


Əl-Məyadinin verdiyi məlumata görə, işğalçı İsrailin pilotsuz təyyarəsi Qəzza zolağının şimalında qəzaya uğrayıb.

İsrail ordusu, Qəzza zolağının şimalındakı Beyt Hanunda bir kəşfiyyat dronunun qəzaya uğradığını etiraf edib.

Dron Beyt Hanunda bir evin damına düşüb. Sakinlər pilotsuz təyyarəni Həmas Müqavimət Hərəkatına təhvil veriblər.

Son günlərdə Sionist rejim polisi Əl-Əqsa Məscidində ibadət edən fələstinlilərə hücum edərək Fələstin xalqının qəzəbinə səbəb olub.

Sionist rejimin bu vəhşiliklərindən sonra İsrail Fələstin arasında gərginlik daha da artıb və hər iki tərəf öz qüvvələrinə "hazır ol" əmri veriblər.


Story Code: 929747

News Link :
https://www.islamtimes.org/az/news/929747/sionist-rejimin-kəşfiyyat-dronu-qəzza-zolağında-süqut-etdi

Islam Times
  https://www.islamtimes.org