0
Thursday 29 April 2021 - 00:59

Rusiyaya “düşmən” olan 10 ölkə: Kreml nə etmək istəyir?

Story Code : 929751
Rusiyaya “düşmən” olan 10 ölkə: Kreml nə etmək istəyir?
Teleqraf.com xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə verdiyi müsahibədə politoloq İvan Timofeyev söyləyib.

Onun sözlərinə görə, “dost olmayan ölkələr”in siyahısı müasir dünyada bir çox dövlət tərəfindən hazırlanır:

“Məsələn, ABŞ bir anda bir neçə siyahı təqdim etdi, düşmənlərini təhdid və problem növünə görə təsnif etdi. Hətta bəzi ölkələrə getməmək tövsiyyə olundu”.

Timofeyev Rusiyada elan olunan siyahının siyasi xarakter daşıyacağına və bu və ya digər dövlətlə əlaqələrin səviyyəsini nümayiş etdirəcəyinə əmindir:

“Bəlkə də bu, bu ölkələrlə qarşılıqlı əlaqədə müəyyən məhdudiyyətlər nəzərdə tutur. Üstəlik, bu ölkələrə qarşı sanksiyaların tətbiq olunacağını da istisna etmirəm”.

Ekspert hesab edir ki, siyahıda yer alan ölkələrin sayı azdır, onların sayı ən azı 20 olmalıdır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 23-də “dost olmayan ölkələr”in siyahısını hazırlamağı əmr edib. Dünən Lavrov Rusiyaya “dost olmayan ölkələr”in siyahısını təqdim edib. Bura 10 ölkə - ABŞ, Polşa, Çexiya, Litva, Latviya, Estoniya, İngiltərə, Kanada, Ukrayna və Avstraliya daxildir.