0
Thursday 29 April 2021 - 11:04

“Bayden Putinlə Ukraynanı müzakirə etmək niyyətindədir”

Story Code : 929812
“Bayden Putinlə Ukraynanı müzakirə etmək niyyətindədir”
APA xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “MSNBC” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bayden Rusiya ilə sabit münasibətlərə ümid bəsləyir, bununla əlaqədar bu yay üçüncü bir ölkədə zirvə görüşü keçirməsini istəyir.

Sallivan qeyd edib ki, bu görüşdə Ukraynanın suverenliyi və ərazi bütövlüyü daxil olmaqla, Rusiya-ABŞ münasibətlərindəki bütün məsələləri müzakirə ediləcək: “Baydenin baxışı budur ki, ABŞ digər tərəfdaşları ilə birlikdə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlə israr edəcək”.