0
Thursday 29 April 2021 - 11:35

Fransa Makronu devirmək istəyən generalları cəzalandırır

Story Code : 929820
Fransa Makronu devirmək istəyən generalları cəzalandırır
Axar.az xəbər verir ki, bunu Fransa ordusunun Baş Qərargah rəisi Fransua Lekuantr deyib.

“Bu generallar fərdi şəkildə Ali Hərbi Şura qarşısına çıxarılacaqlar”, – deyə o bildirib.

Qərargah rəisi prezidentə qarşı sənədə imza atanlar arasında fəaliyyətdə olan 18 hərbçinin olduğunu bildirib. Lekuantr bu müraciətin ordunun hazırkı əhval-ruhiyyəsini əks etdirmədiyini söyləyib.

Qeyd edək ki, bundan öncə Fransanın 20 ehtiyatda olan generalı Fransa Prezidenti Makronu "islamizm təhdidi" ilə xəbərdar edərək, lazımi tədbirlər görülməyəcəyi halda özləri tədbir görəcəklərinə dair təhdid səsləndirmişdilər. 1000-dən çox zabitin imza atdığı müraciətə Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədri Marin Le Pen dəstək vermişdi.