0
Thursday 29 April 2021 - 13:08

Zərif Yəmənlə bağlı çağırış etdi

Story Code : 929831
Zərif Yəmənlə bağlı çağırış etdi
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ötən gün Omanın paytaxtı Muskatda Yəmənin milli qurtuluş hökumətinin baş müzakirəçisi Məhəmməd Əbd Səlam ilə görüşdə Yəmən xalqına qarşı tətbiq olunan altı illik müharibədən təəssüfləndiyini dilə gətirərək, ölkədəki müharibənin və mühasirənin sona çatması istəyini bildirib.

Cavad Zərif İran İslam Respublikasının Yəməndə atəşkəs və danışıqları dəstəklədiyini bir daha vurğulayıb.

Məhəmməd Əbd Səlam da öz növbəsində Yəmən xalqına dəstəyinə görə İrana təşəkkür edərək, Zərifə Yəməndəki hadisələrin gedişatı barədə məlumat verib. /Eastnews/