QR CodeQR Code

Dolların süqutu labüddür

19 Aug 2011 04:54

IslamTimes - ABŞ siyasətçiləri bu məsələni gündəmə çıxarmaqdan çəkinirlər


I Dunya Müharibəsində borcu olmayan və qızıl ehtiyatına malik ABŞ öz dollarını dünya səviyyəsində dövriyyəyə çıxara bildi. Müharibə qurtaran kimi Uoll-stritdəki maliyyə birjası dünya maliyyə sisteminin nəbzinə çevrildi. 1933-cü ildə Ruzveltin böhrandan qurtulmaq üçün irəli sürdüyü yeni kursu nəticəsində ABŞ dolları ingilis funt-sterlinqini beynəlxalq maliyyə sistemindən vurub çıxardı.
Amerikanın dünya bankiri kimi aparıcı rolu prezident Riçard Niksonun dövrünədək davam etdi. R.Nikson dövründə aydın oldu ki, ölkənin gücü təkcə qızıl ehtiyatı ilə ölçülmür. Beləliklə, dollar qızıl ehtiyatından ayrılıb il ərzində istehsal olunan məhsulun kütləsinə bağlanıldı. Artıq dolların arxasında qızıl ehtiyatı deyil, ABŞ-ın iqtisadi gücü və neft üzərində monopoliyası dururdu.
1986-87-ci illərə qədər ABŞ dünyanın aparıcı kreditor ölkəsi idi. Sonrakı 20 il ərzində isə, ABŞ-ın milli borcu, il ərzində artıb azalaraq 3 trilyon dollar civarında həddə çatdı.
90-cı ildən etibarən ABŞ Asiyadan daha çox kapital idxal etməyə başladı. 2000-ci ildə Çin ABŞ-ın əsas borc maliyyəçisinə çevrildi. ABŞ Federal Ehtiyat sistemi bunun sayəsində çox az faiz stavkaları edirdi ki, bunun nəticəsində ABŞ-ın borcu ona borclu olan ölkələrlə nisbətdə bir-birini tarazlaşdırırdı.
Hal-hazırda ABŞ böyük bir borc dərəsinin dibindədir. ABŞ Konqresi çox gözəl bilir ki, bu rəqəmlər nə deməkdir. Lakin konqres üzvləri məsələnin dərinliyinə getmək istəmirlər. Adətən konqress prezidentdən ölkənin qarşıdakı 5 illik müddətinə maliyyə proqnozunu tələb edir. İndi isə bir ilə aid proqnoz da yetərli sayılır. ABŞ siyasətçiləri bu məsələni gündəmə çıxarmaqdan çəkinirlər. Çünki bunun nəticəsində başlaya biləcək təşviş dünya birjalarını tamamilə iflic edə bilər.


Story Code: 93004

News Link :
https://www.islamtimes.org/az/news/93004/dolların-süqutu-labüddür

Islam Times
  https://www.islamtimes.org