QR CodeQR Code

Avropa Parlamenti Rusiyanın sanksiyalarına cavab veriləcəyini bəyan edib

1 May 2021 10:41

İsamTimes: “Avropa Parlamentinin rəhbəri David Sassoli və Avropa Komissiyası sədr müavini Vera Yurovaya qarşı Rusiyanın elan etdiyi sanksiyalar cavabsız qala bilməz”.


APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Renew Europe" liberal fraksiyasının lideri Daçian Çoloş “Twitter” səhifəsində yazıb.

"Bu, cavabsız qala bilməz. Avropa Parlamenti bu həftə Avropa İttifaqının insan haqları pozuntularına görə sanksiyalarının genişləndirilməli olduğunu açıqlayıb”, deyə Çoloş əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Avropa İttifaqının 8 vətəndaşına və qurumun rəsmi strukturunun nümayəndələrinə ölkəyə girişi qadağan edib. Moskvanın sanksiyalar siyahısında Avropa Parlamentinin rəhbəri David Sassoli, Avropa Komissiyası sədr müavini Vera Yurova da daxil edilib.


Story Code: 930132

News Link :
https://www.islamtimes.org/az/news/930132/avropa-parlamenti-rusiyanın-sanksiyalarına-cavab-veriləcəyini-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org