QR CodeQR Code

Haaretz: İranla razılaşmaya dönmək ABŞ-ın qəti qərarıdır

إسلام تايمز , 1 May 2021 16:51

İslamTimes: "elə görünür ki, bu səfər nəticəsiz olaraq başa çatıb və İsrail nümayəndə heyəti məqsədinə nail ola bilməyib."


Sionist rejimin hərbi məsələlər üzrə analitiki, İsrailin nümayəndə heyətinin İranın nüvə anlaşmasını müzakirə etmək üçün ABŞ-a səfərinin nəticəsiz olduğunu bildirib.

Haaretz qəzeti bu haqda yazıb: "İsrail nümayəndə heyəti bu həftə İranın nüvə sazişini müzakirə etmək üçün Vaşinqtona yollansa da, elə görünür ki, bu səfər nəticəsiz olaraq başa çatıb və İsrail nümayəndə heyəti məqsədinə nail ola bilməyib."

İsrail ordusunun Baş Qərargah rəisi Aviv Kuxavi, Mossad rəisi Yussi Kohen və İsrail Ordusunun Kəşfiyyat naziri Tamir Haymandan ibarət heyət bir neçə gün öncə ABŞ-ı İranla razılaşmaya geri dönmək fikrindən daşındırmaq üçün ABŞ-a səfər etmişdi.

ABŞ bu səfərdən öncə rəsmi şəkildə bildirmişdi ki, İsrail rəsmi Vaşinqtonun İranla bağlı qərarını dəyişdirə bilməyəcək.


Story Code: 930168

News Link :
https://www.islamtimes.org/az/news/930168/haaretz-iranla-razılaşmaya-dönmək-abş-ın-qəti-qərarıdır

Islam Times
  https://www.islamtimes.org