ABŞ və Rusiya prezidentləri arasında mümkün görüşdə müzakirə ediləcək məsələlər barədə suala Ağ Evin sözçüsü Cen Psaki belə cavab verib:
"Bu iclasın tarixini təyin etdikdə onun gündəmindən danışacağıq, amma hazırda bu vəziyyətdə deyilik. Ancaq diqqətimiz daha sabit və proqnozlaşdırıla bilən münasibətlər üzərində işləməyimizə və Aleksey Navalnının həbsi və Rusiyanın Ukrayna sərhədindəki hərbi varlığının artması ilə əlaqədar narahatlıqlarımızı qaldırdığımıza yönəlib". /Eastnews/