QR CodeQR Code

Kabil səhəri qanla açdı

19 Aug 2011 12:11

IslamTimes - Bayram iki partlayışla başlandı.


Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə 10 dəqiqəlik fasilə ilə iki partlayış baş verib.
Yerli polis mənsublarının dediklərinə görə, teraktları "canlı bomba"lar törədiblər. Onların hücumlarının hədəfləri Britaniya mədəniyyətinin yayılması ilə məşğul olan Britaniya Şurasının Kabildəki binası olub.

Partlayışlardan sonra hadisə yerində avtomat atəşləri səsləri eşidib. Daha sonra bir partlayış da olub.
İnsidentdən dərhal sonra hadisə yerinə Əfqanıstandakı beynəlxalq təhlükəsizlik qüvvələrinin (İSAF) iki zirehli maşını gəlib.
Terakt və atışmaya görə məsuliyyəti "Taliban" üzərinə götürüb.

Avqustun 19-u Əfqanıstanda milli bayramdır. Ölkə 1919-cu ildə Britaniyaın müstəmləkəçiliyindən qurtulmasını bayram edir.


Story Code: 93020

News Link :
https://www.islamtimes.org/az/news/93020/kabil-səhəri-qanla-açdı

Islam Times
  https://www.islamtimes.org