QR CodeQR Code

ABŞ Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollar xərcləyib

2 May 2021 10:30

İslamTimes: ABŞ və NATO silahlı qüvvələri mayın 1-dən rəsmi olaraq Əfqanıstandan çıxmağa başlayıb.


“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyi mayın 1-də Əfqanıstanı 60 hərbçisinin tərk etdiyini açıqlayıb.

Əfqanıstanda ABŞ-ın 2 500-3 000 arasında hərbçisinin olduğu təxmin edilir. ABŞ hərbçiləri ilə yanaşı, NATO-nun 7 min hərbçisi də mayın 1-dən Əfqanıstan tərk etməyə başlayıb.

ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub. ABŞ-ın Broun Universitetinin “Müharibənin xərcləri” layihəsinə əsasən, 20 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib.


Story Code: 930305

News Link :
https://www.islamtimes.org/az/news/930305/abş-əfqanıstanda-hərbi-əməliyyatlar-üçün-2-trilyon-dollar-xərcləyib

Islam Times
  https://www.islamtimes.org