0
Sunday 2 May 2021 - 16:44

Şimali Koreya ABŞ-ı TƏHDİD ETDİ

Story Code : 930349
Şimali Koreya ABŞ-ı TƏHDİD ETDİ
Publika.az xəbər verir ki, Kim Çen In rəhbərliyi ABŞ-a sərt xəbərdarlıq edib.

Baydenin nüvə proqramı ilə əlaqəli sözlərinə rəsmi Pxenyan "Bu, Amerikanın və dünyanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. ABŞ-ı çox ağır vəziyyətdə qoyacaq cavab verəcəyik", sözləri ilə qarşılıq verib və Co Bayden rəhbərliyini düşmən siyasət yeritməkdə günahlandırıb.

Şimali Koreya XİN-in verdiyi açıqlamada ABŞ Prezidentinin siyasətinin aqressiv olduğu və Amerikanı çox ağır duruma sala biləcəyi vurğulanıb.

Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ departamentinin rəhbəri Kvon Çon Qın Baydenin Konqresdəki çıxışının "qəbuledilməz və böyük səhv" olduğunu bildirib. Şimali Koreya mətbuatına danışan Qın "Baydenin açıqlamaları ABŞ-ın Şimali Koreyaya qarşı yarım əsrdən çoxdur ki, düşmənçilik siyasətini həyata keçirməyə davam etmək niyyətini açıq şəkildə əks etdirir", deyib.