QR CodeQR Code

Cavad Zərif qalmaqallı müsahibəyə görə təəssüf etdiyini bildirib

3 May 2021 12:00

İslamTimes: İranın İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin müsahibədə deyilənlərə irad tutmasından sonra Cavad Zərif təəssüf etdiyini bildirib.


SalamNews xəbər verir ki, bu barədə Məhəmməd Cavad Zərif İnstaqram səhifəsində paylaşım edib.

Cavad Zərif deyib:

“Çox təəssüf edirəm ki, şəxsi nəzərlərim rəhbərin narahatlığına səbəb olub və ümidvaram ki, mən və əməkdaşlarım ali liderin göstərişlərinin yerinə yetirilməsində səyimizi daha da artırmış olacağıq. Rəhbərin göstərişlərinə itaət etmək, xarici siyasətin inkaredilməz zərurətidir.”

Qeyd edək ki, Ayətullah Xamenei ötən gün ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin qalmaqallı müsahibəsinə də münasibət bildirib və bu müsahibədə deyilənlərə irad tutub.

Xatırladaq ki, İranın Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin keçmiş siyasi proseslərin arxivləşdirilməsi üçün Cavad Zərifdən aldığı müsahibə bir ay sonra Səudiyyə Ərəbistanın maliyyələşdirdiyi “İran İnternational” telekanalından yayımlanıb. İran rəsmiləri bu müsahibənin "oğurlandığını" bildiriblər.

Cavad Zərif burada dövlət, hərbi və təhlükəsizlik qurumları arasında cari məsələlərlə bağlı ixtilaflarından, ölkə diplomatiyasının hərb meydanının lehinə işlədiyini, hərb meydanının diplomatiya üçün lazımi işlər görmədiyini, eləcə də Rusiyanın, nüvə sazişinin baş tutmaması üçün yaratdığı maneələrdən söz açıb.


Story Code: 930475

News Link :
https://www.islamtimes.org/az/news/930475/cavad-zərif-qalmaqallı-müsahibəyə-görə-təəssüf-etdiyini-bildirib

Islam Times
  https://www.islamtimes.org