0
Monday 3 May 2021 - 12:24

Blinken: Əfqanıstana gəlmə səbəbimizi unuduruq

Story Code : 930479
Blinken: Əfqanıstana gəlmə səbəbimizi unuduruq
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Biz Əfqanıstanda artıq 20 ildir mövcuduq və hərdən oraya 11 sentyabrda bizə hücum edənlərə qarşı tədbir görmək üçün getdiyimizi unuduruq. Biz bunu etdik. Biz istənilən ssenariyə hazır olmalıyıq. Onların sayı çoxdur. Biz buna çox aydın baxışla nəzər yetiririk”, – deyə o bildirib.

Qeyd edək ki, işğalçı ABŞ və NATO qüvvələrinin ötən gündən Əfqanıstandan çıxarılmasına başlanılıb. Proses 11 sentyabra kimi yekunlaşacaq.