QR CodeQR Code

Suriyada prezident seçkilərində 3 namizəd mübarizə aparacaq

إسلام تايمز , 3 May 2021 13:26

İslamTimes: Suriyada prezident seçkilərində mübarizə aparmaq üçün 3 şəxsin namizədliyi təsdiqlənib


Suriyanın Ali Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Cihad əl-Ləham bu gün təşkil edilən mətbuat konfransında, Suriyada prezidentliyə namizədlərdən üçünün təsdiqləndiyini və digər namizədlərin tələb olunan şərtlərə cavab vermədiyi üçün qeydiyyata alınmadığını bildirib.

Suriyanın rəsmi SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya Ali Konstitusiya Məhkəməsi sədri namizədliyi təsdiqlənən üç şəxsin Abdullah Səlum Abdullah, Bəşər Hafiz Əsəd və Mahmud Əhməd Məri olduğunu söyləyib.

O əlavə edib ki, namizədliyi qeydə alınmayan şəxslər üç gün ərzində apellyasiya şikayəti vermək hüququna sahibdir.

Xaricdə yaşayan suriyalılar üçün prezident seçkiləri 21 May 2021-ci il, ölkə daxilindəki suriyalılar üçün 26 May 2021-ci il tarixində keçiriləcək.


Story Code: 930492

News Link :
https://www.islamtimes.org/az/news/930492/suriyada-prezident-seçkilərində-3-namizəd-mübarizə-aparacaq

Islam Times
  https://www.islamtimes.org