0
Monday 3 May 2021 - 13:26

Suriyada prezident seçkilərində 3 namizəd mübarizə aparacaq

Story Code : 930492
Suriyada prezident seçkilərində 3 namizəd mübarizə aparacaq
Suriyanın Ali Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Cihad əl-Ləham bu gün təşkil edilən mətbuat konfransında, Suriyada prezidentliyə namizədlərdən üçünün təsdiqləndiyini və digər namizədlərin tələb olunan şərtlərə cavab vermədiyi üçün qeydiyyata alınmadığını bildirib.

Suriyanın rəsmi SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya Ali Konstitusiya Məhkəməsi sədri namizədliyi təsdiqlənən üç şəxsin Abdullah Səlum Abdullah, Bəşər Hafiz Əsəd və Mahmud Əhməd Məri olduğunu söyləyib.

O əlavə edib ki, namizədliyi qeydə alınmayan şəxslər üç gün ərzində apellyasiya şikayəti vermək hüququna sahibdir.

Xaricdə yaşayan suriyalılar üçün prezident seçkiləri 21 May 2021-ci il, ölkə daxilindəki suriyalılar üçün 26 May 2021-ci il tarixində keçiriləcək.