0
Monday 3 May 2021 - 14:23

"İsrail vətəndaş müharibəsi astanasındadır"

Story Code : 930499
"İsrail vətəndaş müharibəsi astanasındadır"
Sionist "Maariv" qəzetində yayımlanan bir qeyddə Zaken bildirib ki, işğalçı İsraildəki böhranın səbəbi müxtəlif təbəqələr arasında razılıq əldə edilməməsidir. O hökumət qurumlarında struktur dəyişikliyinə ehtiyac duyulduğunu vurğulayıb.

Auner bin Zaken deyib:
"Qısa zaman fasiləsi ilə keçirilən dörd seçkidə iki qəribə hadisəyə şahid olduq. Bunlardan biri sionist siyasətçilərin heç birinin seçki sisteminin işə yaramadığına diqqət yetirməməsi, ikincisi, iki əsas siyasi partiyanın uzun zamandır bir-biri ilə qalmaqal yaşamasına baxmayaraq hələ də heç birinin üstünlük əldə etməməsidir.
Bu gün tarixi bir böhranla üz-üzəyik, hazırkı hakimiyyət yalnız şəxsi mənafelərə əhəmiyyət verdiyindən israillilər arasında daxili müharibə başlaması təhlükəsi yaranıb..."

Qeyd edək ki, Beni Qantz növbəti dəfə Benyamin Netanyahunun koalisiya təşkil etmək təklifini rədd edib.