0
Tuesday 4 May 2021 - 02:10

Rusiyadan kritik qərar: “Artıq hazırlıqlar başlayıb”

Story Code : 930602
Rusiyadan kritik qərar: “Artıq hazırlıqlar başlayıb”
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Rusiya hakimiyyəti ödəmə sistemindən ayrılma ehtimalını yalnız fərziyyə kimi qiymətləndirir, riskləri və mümkün zərərləri azaltmağa çalışır.

O bildirib ki, Rusiya SWIFT-ə alternativ olaraq Rusiya maliyyə sistemi müzakirə olunur. Zaxarovaya görə, Moskva xarici sistemlər - Avropanın SEPA, İranın SEPAM, Çinin CUP və CIPS sistemlərini öyrənir. Avropa Parlamentinin deputatları aprelin 29-da Ukrayna ilə münaqişə vəziyyətində olan Rusiyaya qarşı qərar qəbul ediblər.

Sənədə görə, hərbi əməliyyatlar baş verdiyi təqdirdə, Avropa Birliyi Rusiya Federasiyasından neft və qaz idxalını dayandırmağı, Rusiyanı SWIFT ödəniş sistemindən çıxarmağı, Rusiya hakimiyyət orqanlarının nümayəndələrinin Avropa aktivlərini dondurmağı qadağan edəcək.