0
Tuesday 4 May 2021 - 00:51

İraqda İŞİD-in daha bir lideri həbs edildi

Story Code : 930604
İraqda İŞİD-in daha bir lideri həbs edildi
Nazirlik terrorçunun İŞİD terror qruplaşmasında Fəlluca əmiri olan Əbu Əli Əl-Cümaili olduğunu bildirib.

Bəyanatda belə qeyd edilib: “Həmin şəxs Terrorizm Qanununun 4-cü maddəsi ilə axtarışa verilib və həbs olunduqdan sonra İŞİD ilə əlaqələrini etiraf etdi.

Terrorçu 2005-ci ildən etibarən Əl-Qaidə terror qruplaşması ilə əlaqəli olduğunu və terror ünsürlərinin yerləşdirilməsindən məsul olduğunu etiraf etdi”.

Bir neçə il həbsxanada saxlanıldıqdan sonra 2011-ci ildə həbsdən çıxmışdı və İŞİD-ə qoşulmuşdu və İraqın Ənbar vilayətinin azad edilməsindən sonra Suriyaya qaçmışdı.

Terrorçu daha sonra Fəlluca əmirinin müavini və bir müddət sonra Fəlluca əmiri olaraq fəaliyyət göstərmişdi.

Əl-Cümaili İraq təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı onlarla terror əməliyyatı keçirdiyini etiraf edib. /Deyerler/