QR CodeQR Code

İraqda İŞİD-in daha bir lideri həbs edildi

4 May 2021 00:51

İslamTimes: İraqın Kəşfiyyat Nazirliyi İŞİD terror qruplaşmasının liderlərindən birinin həbs olunduğunu elan edib.


Nazirlik terrorçunun İŞİD terror qruplaşmasında Fəlluca əmiri olan Əbu Əli Əl-Cümaili olduğunu bildirib.

Bəyanatda belə qeyd edilib: “Həmin şəxs Terrorizm Qanununun 4-cü maddəsi ilə axtarışa verilib və həbs olunduqdan sonra İŞİD ilə əlaqələrini etiraf etdi.

Terrorçu 2005-ci ildən etibarən Əl-Qaidə terror qruplaşması ilə əlaqəli olduğunu və terror ünsürlərinin yerləşdirilməsindən məsul olduğunu etiraf etdi”.

Bir neçə il həbsxanada saxlanıldıqdan sonra 2011-ci ildə həbsdən çıxmışdı və İŞİD-ə qoşulmuşdu və İraqın Ənbar vilayətinin azad edilməsindən sonra Suriyaya qaçmışdı.

Terrorçu daha sonra Fəlluca əmirinin müavini və bir müddət sonra Fəlluca əmiri olaraq fəaliyyət göstərmişdi.

Əl-Cümaili İraq təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı onlarla terror əməliyyatı keçirdiyini etiraf edib. /Deyerler/


Story Code: 930604

News Link :
https://www.islamtimes.org/az/news/930604/iraqda-işid-in-daha-bir-lideri-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org