0
Tuesday 4 May 2021 - 11:57

İraqda ABŞ qüvvələrinin olduğu bazaya beş raket atılıb

Story Code : 930647
İraqda ABŞ qüvvələrinin olduğu bazaya beş raket atılıb
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, Səlahəddin əyalətinin ərazisində yerləşən və ABŞ qüvvələrinin olduğu əl-Bələd bazasına beş ədəd katyuşa raketi atılıb.

Qeyd edək ki, iki gün öncə Bağdad hava limanı ərazisində ABŞ qüvvələrinin olduğu Viktoriya qərargahına raketlər atılmışdı.

Bu hücumları heç bir qrup üzərinə götürməyib. Hücumların xəsarətləri barədə də məlumat yoxdur.

İraq Parlamenti 2020-ci ilin yanvarında ABŞ qüvvələrinin ölkədən çıxmasına səs vermişdi.