QR CodeQR Code

Son sutkada Əfqanıstanda 181 Taliban silahlısı zərərsizləşdirilib

4 May 2021 12:58

İslamTimes: Son sutkada Əfqanıstanın müxtəlif əyalətlərində aparılan əməliyyatlar və qarşılıqlı hücumlar zamanı Talibanın 181 üzvü zərərsizləşdirilib.


SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, son sutkada ölkənin Qəndəhar, Qəzni, Loğman, Hərat, Helmənd və Bağlan əyalətlərində aparılan hərbi əməliyyatlarda və qarşılıqlı hücumlarda Talibanın 181 üzvü zərərsizləşdirilib.

Əlavə edilib ki, bu müddət ərzində Talibanın 78 üzvü yaralanıb və ələ keçib.

Qeyd edək ki, bu əməliyyatlar və qarşıdurmalar Qətərin paytaxtı Dohada sülh danışıqları zamanına təsadüf edir.


Story Code: 930659

News Link :
https://www.islamtimes.org/az/news/930659/son-sutkada-əfqanıstanda-181-taliban-silahlısı-zərərsizləşdirilib

Islam Times
  https://www.islamtimes.org