0
Tuesday 4 May 2021 - 12:58

Son sutkada Əfqanıstanda 181 Taliban silahlısı zərərsizləşdirilib

Story Code : 930659
Son sutkada Əfqanıstanda 181 Taliban silahlısı zərərsizləşdirilib
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, son sutkada ölkənin Qəndəhar, Qəzni, Loğman, Hərat, Helmənd və Bağlan əyalətlərində aparılan hərbi əməliyyatlarda və qarşılıqlı hücumlarda Talibanın 181 üzvü zərərsizləşdirilib.

Əlavə edilib ki, bu müddət ərzində Talibanın 78 üzvü yaralanıb və ələ keçib.

Qeyd edək ki, bu əməliyyatlar və qarşıdurmalar Qətərin paytaxtı Dohada sülh danışıqları zamanına təsadüf edir.