QR CodeQR Code

İsrail polisləri fələstinliləri yaraladı

4 May 2021 14:03

İslamTimes: İsrail polisi Qüdsün Şeyx Cərrah bölgəsi sakinləri ilə həmrəylik nümayişi keçirənlərə müdaxilə edib.


Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, İsrail rejimi qüvvələr ilə qarşıdurma zamanı 10 Fələstin vətəndaşı yaralanıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Hadisə şahidləri İsrail qüvvələrinin Şeyx Cərrah bölgəsindəki fələstinlilərin evlərinə çirkli su atdığını və qanunsuz məskunlaşanların məhəllə sakinlərinə hücum etdiyini söyləyib.
İsrail rejimi polisinin Şeyx Cərrah sakinləri ilə həmrəy olan bir neçə fələstinlini tutduğunu bildirən hadisə şahidləri onların sayı barədə məlumat verməyib. /Eastnews/


Story Code: 930670

News Link :
https://www.islamtimes.org/az/news/930670/israil-polisləri-fələstinliləri-yaraladı

Islam Times
  https://www.islamtimes.org