"Report"un məlumatına görə, Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Mançester Siti" klubu cavab görüşündə də qələbə qazanıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Mançester təmsilçisi tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.
"Şəhərlilər"in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.