QR CodeQR Code

Bayram Məmmədovun dənizdən cansız bədəni tapıldı

5 May 2021 02:03

İslamTimes: Heydər Əliyevin heykəlinə "qul bayramınız mübarək" yazan gənc ictimai fəal Bayram Məmmədovun cansız bədəni tapıldı


AzNews.az xəbər verir ki, onun meyiti İstanbulda dənizdən çıxarılıb.

Sosial şəbəkədə mərhumun dostlarının yaydığı məlumata görə, B.Məmmədovdan iki gündür xəbər olmayıb. Bu gün axtarışa verilib.

Polis isə dənizdən onun cansız bədəninin tapıldığını bildirib.

Qeyd edək ki, 10 il cəza alan B.Məmmədov 2019-cu ilin 17 martında əfv sərəncamı ilə azadlığa çıxmışdı. Daha sonra isə o, Türkiyəyə getmişdi.


Story Code: 930797

News Link :
https://www.islamtimes.org/az/news/930797/bayram-məmmədovun-dənizdən-cansız-bədəni-tapıldı

Islam Times
  https://www.islamtimes.org