0
Wednesday 5 May 2021 - 03:30

Bayden iyunda Putinlə görüşəcəyinə ümid edir

Story Code : 930803
Bayden iyunda Putinlə görüşəcəyinə ümid edir
“Report” “TASS”a istinadən xəbər verir ki, ABŞ prezidenti Ağ evdə keçirdiyi mətbuat konfransında bu barədə ünvanlanan sualı cavabladırarkən bildirib.

Jurnalistin “Putinə görüşmək barədə təklifiniz olubmu” sualına cavabında Bayden deyib: “Mənim gözləntim və ümidim bunadır. Biz bunun üzərində işləyirik”.

Qeyd edək ki, ABŞ prezidenti iyun ayında Avropaya NATO və “Böyük yeddilik” sammitində iştirak etmək üçün səfər edəcək. “Böyük yeddilik” ölkələrinin liderləri səviyyəsində baş tutacaq görüş 11-13 iyun tarixində Böyük Britaniyada, NATO-nun toplantısı isə 14 iyunda Brüsseldə keçiriləcək.