0
Wednesday 5 May 2021 - 11:43

Benyamin Netanyahu yeni hökumət formalaşdıra bilməyib

Story Code : 930871
Benyamin Netanyahu yeni hökumət formalaşdıra bilməyib
Bundan sonra sözügedən missiya Netanyahunun rəqibi “Yeş Atid” partiyasının lideri, sabiq maliyyə naziri Yair Lapidə və ya “Mavi-Bəyaz” partiyasının lideri Beni Qantsa tapşırıla bilər.

SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, yeni hökumətin təşkili üçün Netanyahuya verilən 28 günlük möhlət bitib.

Netanyahu son iki ildə üçüncü dəfədir ki, hökumətin formalaşdırılmasında aciz qalır. Netanyahu bu işdə digər sağ cinah rəhbərlərindən olan Naftali Benneti ittiham edib və onun koalisiya hökumətinə boyun qoymadığını açıqlayıb.

Gözlənilən budur ki, son iki ildə dörd dəfə Knesset seçkilərinin şahidi olan İsraildə prezident Reuven Rivlin tərəfindən hökuməti formalaşdırmaq “Yeş Atid” partiyasının liderinə və ya “Mavi-Bəyaz” partiyasının lideri Beni Qantsa tapşırılsın.