QR CodeQR Code

Ənsarullah BMT Təhlükəsizlik Şurasının verəcəyi qərara reaksiya göstərdi

Deyerler , 5 May 2021 14:31

İslamtimes - Yəmənin Ənsarullah hərəkatı BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı yeni addımlarına reaksiya göstərərək, şuranın hər hansı yeni fəaliyyətinin yalnız Yəmənin mənafeyinə xidmət etdiyi zaman reallaşacağını vurğulayıb.


Deyerler.org xəbər verir ki, Yəmən danışıqlar qrupunun sədri və Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam, bu gün (4 may) səhər Təhlükəsizlik Şurasının Yəmən müharibəsinə son vermə qərarı verdiyi xəbərlərinə reaksiya verib.
 
Ənsarullahın sözçüsü bu barədə Tvitter hesabında bunları yazıb: “Məhdud bir döyüşdən danışırlar və blokadada olan Yəməni tərk etdilər. Münaqişənin məhdudlaşdırılması nəinki problemi həll etmir, əksinə onu daha da artırır, barışıq üçün heç bir faydası yoxdur və müharibə müddətini uzadır".
 
Yəmən danışıqlar qrupunun rəhbəri, ABŞ rəsmilərinin hələ də Məarib döyüşü ilə məhdudlaşan və Yəmən xalqının mühasirəsinə və əzablarına məhəl qoymayan açıqlamalarına istinad edərək belə deyib: “Təhlükəsizlik Şurasının yeni fəaliyyəti Yəmən xalqının mənafeyinə xidmət etməyincə mümkün olmayacaq.
 
Yəmən xalqı təhlükəsizlik, sülh və suverenlik hüquqlarına hörmət etməyənə əhəmiyyət verməz”.
 
Bu arada, Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi öz Tvitter hesabında bu barədə yazıb: “Sülh və barışığa münasibətimiz var. Təhlükəsizlik Şurasında həll yolu üçün münasibətimizin dinlənilməsini istəyirik”.
 
Bu açıqlamalar Əl-Mayadin bazar ertəsi axşamı öz mənbələrinə istinad edərək, Yəməndə müharibəni dayandırmaq üçün beynəlxalq və BMT miqyaslı addımlar atıldığını bildirdikdən sonra verilib.
 
Əl-Mayadinə görə, beynəlxalq məsləhətləşmələrin və təşkilatın istefa vermiş Yəmən rejiminin başçısı Əbdür-Rabbu Mansur Hadinin istefasının praktiki sonuna yol açacaq 2216 saylı qərar üçün alternativ model axtarır.


Story Code: 930896

News Link :
https://www.islamtimes.org/az/news/930896/ənsarullah-bmt-təhlükəsizlik-şurasının-verəcəyi-qərara-reaksiya-göstərdi

Islam Times
  https://www.islamtimes.org