QR CodeQR Code

Rəy Əl-Youm: “Səudiyyə nümayəndə heyəti Bəşər Əsədlə görüşdü”

Deyerler , 5 May 2021 14:33

İslamtimes -London nəşr olunan Rəy Əl-Youm qəzeti Dəməşqdəki yüksək səviyyəli diplomatlara istinad edərək, Səudiyyə rejiminin nümayəndə heyətinin mayın 3-ü Suriya prezidenti ilə görüşdüyünü yazıb.



Deyerler.org xəbər verir ki, qəzet həmin nümayəndə heyətinə Səudiyyə rejiminin kəşfiyyatının rəhbəri Xalid Əl-Xumidanın rəhbərlik etdiyini bildirib.
 
Qəzet, həmçinin Dəməşqdəki bəzi yüksək rütbəli diplomatlara istinad edərək, nümayəndə heyətinin Suriyanın təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Əli Əl-Məmlüklə də görüşdüyünü və tərəflərin Ramazan bayramından sonra daha ətraflı görüşmək üçün razılaşdıqlarını qeyd edib.
 
Xəbərə görə, hər iki tərəf də Dəməşq və Ər-Riyad arasında bütün sahələrdə əlaqələrin bərpası üçün ilk addım kimi Səudiyyə rejiminin Suriyadakı səfirliyini yenidən açılması üzərində razılaşıblar.
 
Mənbələr, həmçinin Səudiyyə rejiminin heyətinin Suriya tərəfinə Ər-Riyadın Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını və Əlcəzairdə keçiriləcək Ərəb Sammitində iştirakını məmnuniyyətlə qarşıladığını söylədiyini bildirib.
 
Səudiyyə rejimi ilə Suriya arasındakı münasibətlər, Suriyaya qarşı başladılan müharibə və Ər-Riyadın Suriya prezidentinin vəzifəsindən uzaqlaşdırılması barədə təkrar tələblərindən sonra pisləşib.
 
Səudiyyə rejimi 2012-ci ildə Dəməşqdəki səfirinin qovulmasından və Dəməşqdəki səfirliyinin bağlanmasından sonra Suriya ilə əlaqələrini kəsmişdi.
 


Story Code: 930898

News Link :
https://www.islamtimes.org/az/news/930898/rəy-əl-youm-səudiyyə-nümayəndə-heyəti-bəşər-əsədlə-görüşdü

Islam Times
  https://www.islamtimes.org