0
Wednesday 5 May 2021 - 15:09

Həmasdan "Şeyx Cərrah" məhəlləsi ilə bağlı İsrailə son xəbərdarlıq

Story Code : 930905
Həmasdan "Şeyx Cərrah" məhəlləsi ilə bağlı İsrailə son xəbərdarlıq
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının baş komandanı Məhəmməd əl-Zeif, Sionist işğalçılara göndərdiyi bir məktubda Şeyx Cərrah məhəlləsinə təcavüzün davam etməsi ilə bağlı sərt xəbərdarlıq edib.

Əl-Qəssam Briqadasının rəhbərliyi bildirib ki, bu vəziyyət davam edərsə müqavimət səssiz qalmayacaq və işğalçılar bu vəziyyəti davam etdirmələrinə görə ağır bir bədəl ödəyəcəklər.

Qeyd edək ki, İzzəddin əl-Qəssam Briqadalarının baş komandanı Məhəmməd əl-Zeif sionist işğalçılara qarşı bir çox əməliyyatlara rəhbərlik edən Müqavimət rəhbəridir. İsrail rejimi dəfələrlə ona qarşı sui-qəsdlər hazırlasa da bu günədək məqsədinə nail olmayıb