QR CodeQR Code

Həmasdan "Şeyx Cərrah" məhəlləsi ilə bağlı İsrailə son xəbərdarlıq

إسلام تايمز , 5 May 2021 15:09

İslamTimes: HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Sionist rejimə işğal altındakı Qüdsdəki Şeyx Cərrah məhəlləsinə hücum etməsi barədə xəbərdarlıq edib.


Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının baş komandanı Məhəmməd əl-Zeif, Sionist işğalçılara göndərdiyi bir məktubda Şeyx Cərrah məhəlləsinə təcavüzün davam etməsi ilə bağlı sərt xəbərdarlıq edib.

Əl-Qəssam Briqadasının rəhbərliyi bildirib ki, bu vəziyyət davam edərsə müqavimət səssiz qalmayacaq və işğalçılar bu vəziyyəti davam etdirmələrinə görə ağır bir bədəl ödəyəcəklər.

Qeyd edək ki, İzzəddin əl-Qəssam Briqadalarının baş komandanı Məhəmməd əl-Zeif sionist işğalçılara qarşı bir çox əməliyyatlara rəhbərlik edən Müqavimət rəhbəridir. İsrail rejimi dəfələrlə ona qarşı sui-qəsdlər hazırlasa da bu günədək məqsədinə nail olmayıb


Story Code: 930905

News Link :
https://www.islamtimes.org/az/news/930905/həmasdan-şeyx-cərrah-məhəlləsi-ilə-bağlı-israilə-son-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org