QR CodeQR Code

Çin raketi orbitdən çıxdı - ABŞ-dan açıqlama

6 May 2021 03:10

İslamTimes: ABŞ Çin stansiyasının modulunu orbitə çıxaran CZ-5B raketinin qalıqlarının hərəkətini yaxından izləyir.


Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Con Kirbi deyib.

O, raket hissələrinin Yer kürəsində düşəcəyi ərazini və ABŞ-ın buna reaksiyasının necə olacağı ilə bağlı suala cavabında bildirib ki, bu barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, bundan öncə ABŞ Silahlı Qüvvələrinin Kosmik Komandanlığı sözügedən raket qalıqlarının mayın 8-də atmosferə daxil olacağını bildirmişdi.


Story Code: 931013

News Link :
https://www.islamtimes.org/az/news/931013/çin-raketi-orbitdən-çıxdı-abş-dan-açıqlama

Islam Times
  https://www.islamtimes.org