0
Thursday 6 May 2021 - 12:22

Həsən Nəsrullah: "Qüdsün azad edilməsi hər zamankından daha yaxındır"

Story Code : 931077
Həsən Nəsrullah: "Qüdsün azad edilməsi hər zamankından daha yaxındır"
Mayın 7-si qeyd olunacaq beynəlxalq Qüds günü münasibətilə çıxış edən Livanın "Hizbullah" hərəkatının rəhbəri Seyid Həsən Nəsrullah İran İslam İnqilabının qurucusu mərhum Ayətullah Xomeyni tərəfindən elan edilən Qüds gününün İslam dünyası üçün böyük əhəmiyyətə sahib olduğunu vurğulayıb.

Dünyadakı müsəlmanların və müqavimət qüvvələrinin müqəddəs Qüds məsələsi qarşısında vəzifələrini yerinə yetirməkdə qərarlı olduqlarını ifadə edən Nəsrullah "Qüdsün azad edilməsi hər zamankından daha yaxındır", - deyib.

"Hizbullah" lideri bəzi ərəb dövlətləri ilə son normallaşma müqavilələrinin İsrail rejimini xilas edə bilməyəcəyini qeyd edib.

Seyid Həsən Nəsrullah, həmçinin 3 yanvar 2020-ci il tarixində ABŞ Qüvvələri tərəfindən İraqda sui-qəsd olunan İran Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaninin Fələstini xilas etmək üçün canını fəda etdiyini və hər zaman müqavimət qüvvələri tərəfindən böyük hörmətlə xatırlanacağını bildirib. //