0
Thursday 6 May 2021 - 13:05

İran: İsraili bircə hücumla məhv etmək olar

Story Code : 931083
İran: İsraili bircə hücumla məhv etmək olar
Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keçikçiləri Korpusunun komandanı Hüseyn Salami deyib. O bildirib ki, işğalçı İsrail bütün zəifliklərini son bir neçə ay ərzində nümayiş etdirib:

“Onların ən böyük zəifliyi odur ki, istənilən taktiki fəaliyyət onların strateji məğlubiyyətinə gətirib çıxara bilər. Mən onu nəzərdə tuturam ki, cəmi bir əməliyyat bu rejimi məhv edə bilər”.

General əlavə edib ki, İsrailin ticarətinin 90%-i dəniz ticarətinin payına düşür və bunun ucbatından ölkə risklə üz-üzədir. O, bu marşrutları dağıtmağın çox asan olduğunu bildirib.