QR CodeQR Code

İsmayıl Haniyyə beynəlxalq Qüds günü ilə bağlı danışdı

6 May 2021 11:37

İslamTimes: Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyyə Beynəlxalq Qüds günü ilə bağlı danışıb.


İsmayıl Haniyyə bildirib ki, bu gün İsrail rejimi Qüdsü yəhudiləşdirməyə və Əqsa məscidini dağıtmağa çalışır.

"Bütün dünya şahid olur ki, fələstinli gənclər müqəddəs bildikləri dəyərləri müdafiə etmək üçün meydanlardadırlar. Bu gün Qüds təhlükə altındadır. Xüsusi olaraq sionistlər Ramazan ayının 28-ci günü Əqsa məscidinə basqın etmə təhdidləri ilə bölgəni daha da gərginləşdirir", - deyə İsmayıl Haniyyə diqqətə çatdırıb.

İsmayıl Haniyyə işğalçıların Ramazan ayının 28-ci günü Əqsa məscidinə daxil olmasına icazə verməyəcəklərini və müqavimət göstərəcəklərini sözlərinə əlavə edib. O qeyd edib ki, qələbə, torpaq və Qüds Fələstin xalqına məxsusdur. /Eastnews/

 


Story Code: 931086

News Link :
https://www.islamtimes.org/az/news/931086/ismayıl-haniyyə-beynəlxalq-qüds-günü-ilə-bağlı-danışdı

Islam Times
  https://www.islamtimes.org