QR CodeQR Code

Ənsarullah lideri Qüds günü ilə bağlı dünya müsəlmanlarına cağırış etdi

7 May 2021 12:35

İslamTimes: Husilərin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Beynəlxalq Qüds günü ilə bağlı çıxışında Fələstin xalqına kömək məqsədilə ABŞ və İsrail mallarına qarşı sanksiya tətbiq edilməsini təklif etdi.


Bu barədə əl-Masirə telekanalı xəbər verib.

Onun sözlərinə görə, ABŞ və İsrail mallarını boykot etmək təsirli bir silahdır və hər aqil insan bunu etməlidir.

Həmçinin Əl-Husi onu da vurğulayıb ki, mübarək Ramazan ayının son cümə günü Beynəlxalq Qüds gününün keçirilməsi Qüdsün bütün müsəlmanların məsuliyyəti və fikri vəzifələrindən biri olduğunu göstərir.

"Sionistlər ciddi şəkildə İslam xalqının hərbi güc qazanmasına mane olmağa çalışırlar və bunu İrana, Yəmənə, Livan Hizbullahına və Fələstinli mücahidlərə qarşı qəzəblərində görürük", - Ənsarullah hərəkatının lideri qeyd edib.


Story Code: 931306

News Link :
https://www.islamtimes.org/az/news/931306/ənsarullah-lideri-qüds-günü-ilə-bağlı-dünya-müsəlmanlarına-cağırış-etdi

Islam Times
  https://www.islamtimes.org