QR CodeQR Code

Türkiyəli general: F-35 xəyalı bitdi...

8 May 2021 11:51

İslamTimes: Türkiyənin F-35 proqramına geri dönəcəyi ilə bağlı xəyal qurmaq əbəsdir. Bu bitdi.


Axar.az xəbər verir ki, bu sözləri təqaüddə olan türkiyəli general Bəyazid Qaradaş deyib.

“F-35-lə bağlı müqavilədə “S-400 alsanız, F-35 proqramından çıxarlacaqsınız" deyə bir maddə yoxdur. Həm də müqavilədə hər hansı anlaşılmazlığın olacağı təqdirdə bütün ortaq ölkələr tərəfindən yoluna qoyulacağı yönündə cümlə vardır. Lakin ABŞ “heç kimlə məsləhətləşmədən mən səni çıxartdım” ədası ilə hərəkət etdi”, - deyə Qaradaş bildirib.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir F-35 proqramından heç bir ölkənin birtərəfli qaydada çıxarıla bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, ABŞ-ın son məktubu da Ankaranın haqlı olduğunu üzə çıxarıb və bu barədə danışıqlar aparılmalıdır.


Story Code: 931475

News Link :
https://www.islamtimes.org/az/news/931475/türkiyəli-general-f-35-xəyalı-bitdi

Islam Times
  https://www.islamtimes.org