QR CodeQR Code

ABŞ İrana qarşı əksər sanksiyaları ləğv etməyə hazır olduğunu dedi

8 May 2021 10:02

İslamTimes: ABŞ bizə ölkəmizə tətbiq olunan sanksiyaların əksəriyyətini ləğv etməyə hazır olduğunu bildirdi.


Axar.az xəbər verir ki, bu açıqlama ilə İran nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Abbas Arakçı çıxış edib.

"Amerikalılar bizə nüvə anlaşmasına qayıtmaq barədə ciddi düşündüklərini dedilər. Ancaq ABŞ-ın sanksiyaların əksəriyyətini aradan qaldırması bizim üçün yetərli deyil. Vyana danışıqlarında istəklərimiz yerinə yetirilənə qədər davam edəcəyik", - Arakçı vurğulayıb.

Qeyd edək ki, daha öncə Arakçı açıqlamasında ABŞ-ın enerji, banklar və limanlara tətbiq etdiyi sanksiyaları ləğv etməsi barədə razılaşdıqlarını bəyan edib.


Story Code: 931477

News Link :
https://www.islamtimes.org/az/news/931477/abş-irana-qarşı-əksər-sanksiyaları-ləğv-etməyə-hazır-olduğunu-dedi

Islam Times
  https://www.islamtimes.org