QR CodeQR Code

İraq ordusu ABŞ bazasına hücumu təsdiqlədi

إسلام تايمز , 8 May 2021 12:52

İslamTimes: İraqın Təhlükəsizlik İdarəsi bu ölkədəki ABŞ bazasına PUA ilə hücum edildiyini təsdiqlədi.


İraq Ordusuna bağlı informasiya mərkəzi bu gün Əl-Ənbar vilayətindəki ABŞ-ın Eynül-Əsəd hava bazasına hücum edildiyini təsdiqləyib.

Shafaq News-un məlumatına görə, İraq rəsmilərinin açıqlamasında deyilib: "Bu gün bir intihari PUA yerli vaxtla saat 02:30-da Əl-Ənbar vilayətindəki Eynül-Əsəd hava bazasına daxil olub..."

ABŞ-ın İraqdakı Koalisiyasının sözçüsü Veyn Maruto da Twitter-də Eynül-Əsədə hücumu təsdiqləyib. O hücum zamanı kimsənin xəsarət almadığını, amma təyyarə anqar sisteminə zərər toxunduğunu söyləyib.

Qeyd edək ki, KİV gecə saatlarında ABŞ bazasında partlayışdan sonra bazada həyəcan siqnallarının işə düşdüyünü xəbər vermişdi.


Story Code: 931494

News Link :
https://www.islamtimes.org/az/news/931494/iraq-ordusu-abş-bazasına-hücumu-təsdiqlədi

Islam Times
  https://www.islamtimes.org