QR CodeQR Code

Fələstin paytaxtı Qüds - 232 km!

إسلام تايمز , 8 May 2021 12:56

İslamTimes: Əl-Məyadin telekanalından Beynəlxalq Qüds Günü münasibəti ilə Fələstinə maraqlı dəstək...


Əl-Məyadin telekanalının rəhbəri Ghassan bin Jiddo Beynəlxalq Qüds Günü (ramazan ayının son cümə günü) münasibəti ilə Fələstinə maraqlı dəstək aksiyası keçirib. Telekanal rəhbəri bütün dünyada işğalçı İsrailə nifrət sərgilənməsi ilə qeyd edilən Qüds Günündə bu şəbəkənin bir sıra müxbirləri və yerli əhali ilə birlikdə kanal binasının önündə simvolik bir tablo quraşdırıb. Bu tabloda "Fələstin paytaxtı Qüds - 232 km" yazılıb.

Kanal rəhbəri daha sonra deyib: "Bu tablonu sırf simvolik hesab etmək olmaz. Bu tablo həqiqətin təzahürüdür. Biz daim Qüdsün Fələstinə aid olması həqiqətini qəbul etmişik. Əl-Məyadin kanalı təsis olunduqdan bu günədək, daim Fələstin Müqavimətini dəstəkləyib. Xüsusi ilə bu günlərdə, bəzi ərəb ölkələrinin Fələstinə xəyanət etdiyi dövrdə Fələstinə dəstək xüsusi əhəmiyyət kəsb edir!"


Story Code: 931499

News Link :
https://www.islamtimes.org/az/news/931499/fələstin-paytaxtı-qüds-232-km

Islam Times
  https://www.islamtimes.org