QR CodeQR Code

Fələstinlilərə qarşı vəhşiliyə əl atan 17 sionist hərbçi yaralandı

إسلام تايمز , 8 May 2021 14:12

İslamTimes: Sionist ejim polisi, dünən gecə və bu səhər Qüdsdə baş verən qarşıdurmalarda 17 sionist hərbçisinin yaralandığını bildirib.


Shahab News saytının verdiyi məlumata görə, yaralananlardan yarısına hadisə yerində təcili tibbi yardım göstərilib, yarısı isə Hadasa Xəstəxanasına yerləşdirilib.

Həmçinin Fələstin Qızıl Aypara Cəmiyyəti də bildirib ki, bu səhər işğalçı İsrail qüvvələrinin Əl-Əqsa Məscidində ibadətə məşğul olanlara və Qüdsün Şeyx Cərrah məhəlləsindəki nümayişçilərə basqını nəticəsində iki fələstinli şəhid olub və təxminən 205 nəfər yaralanıb.

Qeyd edək ki, Əl-Əqsa Məscidindəki şiddətli qarşıdurmalar çox sayda sionist rejim hərbçisinin namazdan sonra Məscidül-Əqsaya hücum edərək fələstinli ibadət edənləri Müqəddəs Məsciddən çıxarmağa çalışmasından sonra baş verib.


Story Code: 931502

News Link :
https://www.islamtimes.org/az/news/931502/fələstinlilərə-qarşı-vəhşiliyə-əl-atan-17-sionist-hərbçi-yaralandı

Islam Times
  https://www.islamtimes.org