QR CodeQR Code

İran İsrailin Məscidül-Əqsaya hücumuna münasibət bildirdi

8 May 2021 15:13

İslamTimes: İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə İsrail qüvvələrinin Məscidül-Əqsada namaz qılanlara qarşı hücumunu kəskin şəkildə qınayıb.


Xətibzadə hücumla əlaqəli açıqlamasında "İran Qüdsdəki işğalçı rejimin müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsaya hücumunu və Ramazanın son cümə günündə ibadət edən fələstinlilərin şəhid olması və yaralanmasını şiddətlə qınayır", - söyləyib.

Xətibzadə "Bu müharibə cinayəti qanunsuz sionist rejimin cinayətkarlığını, beynəlxalq hüququ və onun ən əsas prinsiplərini pozduğunu və onu dayandırmaq üçün təcili olaraq beynəlxalq fəaliyyətə ehtiyac olduğunu göstərdiyini bir daha bütün dünyaya sübut etdi", - deyə bildirib.

Xətibzadə bu hadisədə həlak olanların ailələrinə başsağlığı verərək, İranın insanlığa qarşı bu mübahisəsiz cinayəti qınadığını, Birləşmiş Millətlər Təşkilatını (BMT) və digər beynəlxalq təşkilatları vəzifələrini yerinə yetirməyə çağırıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikasının Fələstin xalqının yanında durduğunu bildirib və bütün ölkələri, xüsusən İslam ölkələrini tarixi vəzifələrini yerinə yetirməyə və Fələstin xalqının yanında təcavüzkarlara qarşı durmağa çağırıb. /Eastnews/


Story Code: 931513

News Link :
https://www.islamtimes.org/az/news/931513/iran-israilin-məscidül-əqsaya-hücumuna-münasibət-bildirdi

Islam Times
  https://www.islamtimes.org