QR CodeQR Code

ABŞ senatoru: “Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalardan heç nə qazanmadıq”

Deyerler , 8 May 2021 14:32

İslamtimes - Amerikalı demokrat senator: "ABŞ keçmiş prezident D.Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalardan heç nə qazanmadı". Kris Mörfi “Tvitter”də yazıb: "İranla müharibəni dəstəkləyənlər, nüvə sazişinə qayıtmaq üçün, Trampın İrana qarşı iqtisadi olmayan sanksiyalarından birini ləğv edəcəyi təqdirdə, “göylə yerin birləşəcəyini” deyir. Ancaq unutmayın, ABŞ Trampın tətbiq etdiyi sanksiyalardan heç nə qazanmadı. Arzulanan nəticələr olmadı".


"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, Bayden rəhbərliyi ABŞ-ı Trampın ölkəni çaxartdığı nüvə sazişinə qaytarmaq niyyətindədir. Xatırladaq ki, Tramp nüvə sazişi çərçivəsində dayandırılmış sanksiyaların bərpasına və yeni sanksiyaların tətbiqinə əlavə olaraq, qondarma "maksimum təzyiq" kampaniyası çərçivəsində Qüds briqada komandiri şəhid general-leytenalt Qasim Süleymaninin terror edilməsi kimi ağır cinayətə əl atdı. Tramp belə bir siyasətin İran İslam Respublikasını danışıqlar masasına oturtmağa və JCPOA əvəzinə yeni razılaşma bağlamağa məcbur edə biləcəyinə inanırdı. Bayden bu siyasətin uğursuz olduğunu etiraf etdi, lakin bu günə qədər Vaşinqtonun siyasətini dəyişdirmək və JCPOA-ya qayıtmaq üçün heç bir addım atmadı.
 


Story Code: 931514

News Link :
https://www.islamtimes.org/az/news/931514/abş-senatoru-trampın-irana-qarşı-tətbiq-etdiyi-sanksiyalardan-heç-nə-qazanmadıq

Islam Times
  https://www.islamtimes.org